Salam! NetBeans tərcümə lahiyəsinə xoş gəlmisiniz!
Bu səhifə NetBeans inteqrallaşmış
mühitinin və ya netbeans.org
saytının bütünlüklə və ya
ayrı-ayrı hissələrinin tərcüməsinə
marağı olan şəxslər üçün ayrılmışdır.
NetBeans IDE' nin Azərbaycan dilində olmasının nə
kimi əhəmiyyyəti var?
Məqsədlər
Layihənin
əsas məqsədi Azərbaycanda NetBeans proqram
təminatının istifadəsi, yayılması və
təbliğatıdır. Hami İngilis və ya rus
dillərini bilmədyi üçün bu tərcümə
edilmiş versiya respublikda, əsasən də
regionlarda və orta məktəblərdə Netbeans
istifadəçi kütləsinin artımına səbəb
olar və nəticədə İnformasiya
Texnologiyaları sahəsinin inkişafına, xalqın
maariflənməsinə təkan vermiş olar. Həmçinin
Azərbaycan dilli proqram tənimantlarının və
texniki tərcümənin az olduğu bir zamanda bu
lahiyə, bizim üçün çox vacib olan milli
və mədəni özünüdərketməni
qoruyub saxlamanın, dilimizin tənəzzülə
uğramasının qarşısını almanın
müəyyən bir formasıdır. Digər tərəfdən
hər bir azərbaycan dilli istifadəçi üçün
öz doğma dilində olan interfeyslə işləmək
daha xoş olacaq.
Həmçinin
qeyd etmək lazımdır ki, lokallaşdırma
prosesi proqram təminatının çoxməqsədli
adaptasiya prosesidir, belə ki, o yalnız tərcümədən
ibarət deyil. Bu zaman regionda qəbul edilmiş
standartlar, ölçü vahidləri, tarix, zaman və
s. parametrlər də nəzərə alınır.
Yeri
gəlmişkən lokallaşdırma lahiyəsinin
müəllifi olan Vinsent Brabanta öz dərin
minnətdarlığımı bildirirəm.
Status
NetBeans
inteqrallaşmış mühitinin interfeysinin tərcümə
edilmiş hissələrinin statusuna bu körpü
vasitəsilə baxa bilərsiniz.
http://translatedfiles.netbeans.org/5.0/status.html
Məlumat
Bu lahiyə
ilə əlaqədar sənədlərlə
isə aşağıdakı körpülər
vasitəsi ilə tanış ola bilərsiniz:
http://translatedfiles.netbeans.org/docs/first_steps.html
http://translatedfiles.netbeans.org/docs/HOWTOs/How-to-translate-NetBeans-using-OmegaT.html
Hörmətlə, Rüstəm Bünyadov: rbunyadov@gmail.com